Təklif etdiyimiz

Həllər və xidmətlər

‹‹ Xidmətlərə qayıt

Təhlükəsizlik sistemləri

EURODESIGN təhlükəsizlik, mühafizə, qoruma, siqnalizasiya, habelə videonəzarət sistemlərinin layihələndirməsi və quraşdırılması üzrə ixtisaslaşır. İndiyədək müxtəlif sahələrə aid olan obyektlərdə hazırlayıb quraşdırdığımız təhlükəsizlik sistemləri uğurla istifadə edilməkdədir.

Son dövrdə videonəzarət təhlükəsizlik sistemləri kompleksinin mühüm tərkib hissəsinə çevrilib. Belə bir alət bir çox ticarət və sənaye obyektləri üçün artıq birmənalı olaraq zəruridir. Müxtəlif mağaza, bank, avtomobil parketmə yerləri, içində böyük həcmdə mal və vəsait olan digər obyektlərdə cinayətlərin önlənməsi, hüquq pozuntularının qeydə alınması üçün burada videonəzarətə ciddi ehtiyac var. Müəssisələr və sənaye obyektləri müşahidə kameralarından nəzarət, icazəsiz girişlərin önlənməsi, təhlükəsizliyin təmin olunması üçün istifadə olunur. Videonəzarət sistemlərinin quraşdırılması sahəsində böyük təcrübəyə malik olan EURODESIGN yerli bazarda Pelco by Schneider Electric və Samsung kimi dünyanın ən iri təhlükəsizlik və videonəzarət sistemləri təchizatçılarının həllərini təqdim edir. Bununla yanaşı, şirkət aşağıdakıları təklif edir:

  • təsdiqlənmiş standartlara uyğun, eyni zamanda, konkret tələbləri nəzərə almaqla videonəzarət sistemlərinin quraşdırılması,
  • videonəzarət sistemlərinin günün 24 saatı ərzində monitorinqi, baş verən insidentlərə qarşı dərhal əks-tədbirlərin görülməsi,
  • videonəzarət sistemlərinin uzaqdan və gizli idarəolunması,
  • mövcud videonəzarət sistemlərinin texniki baxımı və təmiri, eləcə də köhnə və zərər çəkmiş sistemlərin bərpası və modernizasiyası,
  • tam gizlilik təmin olunaraq sistemə dünyanın istənilən nöqtəsindən girişin və mobil qurğu üzərindən monitorinqinin təqdim olunması
Təklif etdiyimiz girişi idarəetmə və nəzarət sistemi insanların, nəqliyyat vasitələrinin, ya da digər obyektlərin binalara, məkanlara, ərazilərə giriş-çıxışlarına icazə və ya qadağa qoyan, bir-birinə uyğunlaşa bilən qurğu və proqram kompleksidir. Girişi idarəetmə və nəzarət sistemləri digər avtomatlaşdırma sistemləri ilə, misal üçün, sistem arxivlərini müqayisəli qarşılaşdırmaq, videoyazmanı başlatmaq və ya kameranı qeydə alınan şübhəli hadisənin baş verdiyi yerə doğru çevirmək bildirişini göndərmək üçün videonəzarət sistemi ilə, ya da mühafizə altındakı məkanlara girişi məhdudlaşdırmaq və s. üçün yanğın-mühafizə sistemi ilə calaşdırıla bilər. Xüsusi əhəmiyyətli obyektlərdə belə qurğulardan ibarət şəbəkələr adətən başqa məlumat şəbəkələri ilə fiziki olaraq calaşdırılmır. Bu tip layihələri həyata keçirərkən EURODESIGN şirkəti Pelco by Schneider Electric ilə birgə tərəfdaş kimi çıxış edir
Obyektlərinizi Pelco by Schneider Electric tərəfindən istehsal olunan yüksək çözümlülüklü videonəzarət kameraları ilə təchiz etməyi təklif edirik. Günün istənilən vaxtı işləyə bilən bu kameralarda istifadə olunan AutoTracker texnologiyası ilə seçilən obyekt avtomatik olaraq müşahidə altında qalaraq müəyyən sektor daxilində müşaiyət edilir. Camera Sabotage analitikası operatora IP kameraya zərər yetirmə, kameranın yönünü dəyişmə cəhdləri və s. barədə bildiriş ötürür. Liotering Detection analitikası kameranın müşahidə sahəsində müxtəlif obyektlərin təsadüfi görünməsini qeydə alır, unudulmuş əşya detektoru isə təhlükəsizlik xidmətinin işinə olduqca faydalı köməklik göstərə bilər. Bu kameralar insanları üzlərindən tanıya, nəqliyyat vasitələrini ayırd edə, ziyarətçilərin sayını müəyyən edə bilir. Açıq API, eləcə də ONVIF S-ə uyğunluq müxtəlif vendorların avadanlıqları əsasında qurulmuş, professional proqram təminatı ilə idarə olunan sistemlərə inteqrasiya imkanı yaradır.

Dəstəklənən tətbiq və qurğu sayının artması ilə təhlükəsizlik sahəsində tələblərin və siyasətlərin ardıcıl olaraq yerinə yetirilməsini təmin etmək getdikçə çətinləşir. Bir çox müəssisə üçün lokal tətbiqlərin buluda köçürülməsi həm çevikliyi artırır, həm də xərcləri azaldır. Symantec şirkəti ilə tərəfdaşlıq çərçivəsində sizə əyaniliyi və nəzarəti itirmədən, etibarlı axtarış və monitorinq sistemlərini əlavə edərək, məlumatların bulud saxlancından və elektron poçt qutusundan sızmasının qarşısını alaraq bulud texnologiyalarının üstünlüklərini təqdim edirik.

Məlumatların itirilməsini önləmək üçün aparıcı həll kimi məşhurlaşan Symantec Data Loss Prevention-ın fərqləndirici xüsusiyyətləri bunlardır:

  • verilənlərin buludda, mobil qurğuda və lokal mühitlərdə təyin edilməsi
  • əməkdaşların korporativ şəbəkəyə qoşulmuş olduqlarından asılı olmayaraq verilənlərdən istifadənin qeydə alınması
  • yerləşdiyi yerdən və istifadə edilmə üslubundan asılı olmadan verilənlərin sızmasının, ya da oğurlanmasının önlənməsi.

Əsas üstünlüklər:

Gizli korporativ məlumatların qorunması və tələblərə uyğunlaşdırması prosedurası maksimal dərəcədə sadələşdirilib. Symantec şirkətinin məlumatların qorunmasına kompleks yanaşması müasir təhlükəsizlik sistemlərinin qeyri-müəyyən sərhədlərini, istiqamətləndirilmiş hücumların artan sayını, eləcə də istifadəçilərin vərdişlərində və tələblərində baş verməkdə olan dəyişiklikləri nəzərə alır.

  • verilənlərin bulud mühitlərinə və mobil qurğulara sızmasını önləmə funksiyalarının təsir sahəsini genişləndirir,
  • təhlükəsizliyi təmin etmə və tələblərə riayət olunma siyasətlərinin sərhədlərini şəbəkədən kənara yayır,
  • sınaqdan keçmiş açılma metodikaları, intuitiv olaraq başa düşülən hadisə və siyasətləri idarəetmə alətləri, eləcə də yüksək risk səviyyəsi olan kanalların minimal sahibolma qiyməti ilə geniş dəstəyini təqdim edir.
EURODESIGN təhlükəsizlik, mühafizə, qoruma, siqnalizasiya, habelə videonəzarət sistemlərinin layihələndirməsi və quraşdırılması üzrə ixtisaslaşır. İndiyədək müxtəlif sahələrə aid olan obyektlərdə hazırlayıb quraşdırdığımız təhlükəsizlik sistemləri uğurla istifadə edilməkdədir.

Bizi İzləyin