Təklif etdiyimiz

Həllər və xidmətlər

‹‹ Xidmətlərə qayıt

Şəbəkəqurma xidmətləri

Şirkətimiz lokal və ya geniş əraziyə yayılmış məlumatötürmə şəbəkələrin qurulması üzrə təhlükəsiz, etibarlı həllərin yaradılması və dəstəklənməsi, telefoniya həllərinin tətbiq olunması, müxtəlif şəbəkə servislərinin, o cümlədən, səsli, videoötürmə və s. servislər üzrə keyfiyyətli xidmət təqdim edir. Biznesinizin tələbatlarına uyğun olaraq seçdiyiniz xidmətlərimizdən faydalanaraq, nəinki telekommunikasiya texnologiyalarının müsbət təsirini artırmaq, eləcə də IT sahəsinə xərclədiyiniz vəsaitləri optimallaşdırmaq mümkündür. Biz həcmi daim artan məzmunla bulud mühitində işləmək üçün tələb olunan çoxsaylı qurğuları, onların yüksək ötürmə qabiliyyətlini təmin edən həm simli, həm simsiz konvergent mühitlərin yaradılması üçün müştərilərimizin korporativ şəbəkələrini müvafiq avadanlıqla yenidən təchiz etməyə kömək edirik.

Cisco Systems ilə tərəfdaşlıq çərçivəsində EURODESIGN sifarişçiyə iş prosesini asanlaşdırmağa, biznesi lider mövqelərinə yüksəltməyə yönəldilmiş inqilabi həllər təklif edir. Bu həllər marşrutizatorlardan, kommutatorlardan, birləşdirilmiş kommunikasiyalardan istifadə etməyi nəzərdə tutur və müştərək iş texnologiyalarına əsaslananır. Nəticədə işin məhsuldarlığı artır, birləşdirilmiş kommunikasiyalar (o cümlədən, səs şlüzü, çağrıları emaletmə alətləri, avtomatik cavablandırma, səsli poçt, konfrans rabitə cihazları, məlumat təhlükəsizliyi vasitələri və s.) əsasında bir neçə xidmətin eyni zamanda fəaliyyət göstərməsini təmin edən universal, genişliyi dəyişəbilən platforma yaradılır.
Müasir məlumat emal mərkəzi təkçə bina və mühəndis sistemləri deyil, başlıca olaraq hesablama sistemləri və onları bir-birinə bağlayan məlumat ötürmə şəbəkələridir. EURODESIGN mütəxəssisləri biznesinizin tələbatlarını müəyyənləşdirib sizin üçün konkret vəzifələri yerinə yetirəcək avadanlıqları seçəcəklər, tələb olunan güc və investisiya həcmini hesablayacaqlar, bundan sonra da gələcəkdə modernizasiyanı mümkün edən həll hazırlayıb təqdim edəcəklər. EURODESIGN avadanlığın təchizatını, tətbiq olunmasını, sazlanmasını, lazım gəldikdə isə, xidməti dayandırmadan verilənlərin və servislərin yeni avadanlığa köçürülməsini həyata keçirir. Mütəxəssislərimizin uzun illər boyu bu kimi layihələri həyata keçirməklə əldə etdikləri təcrübə, bacarıq və səriştə IT sistemlərin aralıqsız işinə, həllərin sürətlə tətbiq olunmasına zəmanət verir. EURODESIGN dünyanın aparıcı proqram təminatı istehsalçılarının, o cümlədən, Cisco, EMC, HPE, Microsoft, Oracle, Huawei və s. tərəfdaşıdır. Biz müştərilərimizə özəl bulud təklifini də təqdim edirk. Özəl bulud şəbəkənin qurulmasına xərclənən vəsaitlərin həcmini azaldır, ötürmə qabiliyyətini, beləliklə də, məhsuldarlığı artırır. Bu, bizim Cloud Connect xidmətimizin əsasında həyata keçirilir. Cloud Connect ofisinizlə bulud xidməti təchizatçısı arasında ayrılmış qoşulma xətti yaradır.
Bugün çağrı mərkəzləri müştərilərlə qarşılıqlı əlaqənin yaradılması, daimi müştəri auditoriyasının formalardırılması və dəstəklənməsi üçün tətbiq olunan ən populyar həllərdən biridir. Abunəçi xidmətləri üzrə ixtisaslaşmış bu sistem bugün nəinki biznesə, eləcə də həyatımızın bütün sahələrinə, hətta dövlət qurumlarının iş sisteminə yol tapmışdır. Müasir çağrı mərkəzlərinin texnoloji təminatı telekommunikasiya, kompüter və sosioloji nailiyyətlərin sintezidir. Müasir çağrı mərkəzinin işi sadəcə çoxsaylı telefon zənglərinə cavab verməkdən deyil, eləcə də, web səhifəsi və elektron poçt ilə işdən ibarətdir. Ölkənin dörd bir tərəfinə yayılmış çağrı mərkəzləri şəbəkəsi nəinki öz fəaliyyətini vahid rejim içində davam etdirə, həmçinin, operatorları onların evindəki kompüter-telefon sistemləri vasitəsilə iş prosesinə cəlb edə bilir. Cisco Unified Contact Center Solutions həlli bütün qoşulmuş kanallardan istifadə edərək müştəri haqqında tam təsəvvür yarada bilir, bununla da, müştərilərə göstərilən xidmətlərin yüksək keyfiyyəti, müştərilərin şirkətə qarşı loyallığının artması təmin olunur, yeni biznes imkanları yaradılır, agentlərin məhsuldarlığı yüksəlir.
EURODESIGN sizə intellektual simsiz həlləri tətbiq etməkdə də faydalı olacaq. Bunun sayəsində müəssisəniz müxtəlif regionlarda yerləşən bölmələr arasında rabitə qurmaq, eyni zamanda, xərcləri azaltmaq imkanı əldə edəcək. Biz infrastrukturanın analizini, həmçinin, layihənin hazırlanmasını nəzərdə tutan bütöv xidmət kompleksini təklif edirik. Biz iş prosesini aralıqsız davam etdirən lazımi infrastrukturanı, müasir standartlara cavab verən təchizat, xidmət və texniki dəstək həllini təqdim etməyə hazırıq.

Korporativ kommunikasiyaların bəzən qənaətbəxş olmayan məhsuldarlığı, məhdud imkanları və yüksək sahibolma maliyyəti şirkətin səmərəli idarəolunması və işgüzar rabitə qarşısında ciddi maneələr törədir. İdarəetmə səmərəliliyinin artırılmasının ən sadə və əlçatan yollarından biri birləşdirilmiş kommunikasiya texnologiyalardan istifadə etməkdir. Bu texnologiyalar sayəsində istənilən qurğu ilə dünyanın istənilən nöqtəsindən təhlükəsiz işgüzar rabitə üçün vahid kommunikasiya məkanı yaradılır. Rahat və sadə interfeys, həmkarların xəttə olub-olmadıqlarını müəyyən etməyə, səs və videokonfranslarda iştirak etməyə, belə konfransları yaratmağa, təqdimatları translyasiya etməyə, mətn ismarıclarını toplu şəkildə göndərməyə, habelə səsvermələrdə iştirak etməyə imkan verir. Birləşdirilmiş kommunikasiyaların başqa bir üstünlüyü isə ondan ibarətdir ki, bunun sayəsində ezamiyyət ehtiyacları azalır, sabit və mobil rabitə xərclərinə qənaət edilir, beləliklə də, şirkətin ümumi xərcləri azalır.

EURODESIGN mütəxəssislərinin birləşdirilmiş kommunikasiyalar sahəsində əldə etdikləri təcrübə və səriştə təkçə Cisco, Microsoft, AVAYA və digər vendorların statusları ilə deyil, eləcə də bir sıra mürəkkəb obyektlərdə, o cümlədən, xəstəxana, hava limanı və s. obyektlərdə həyata keçirilmiş layihələrlə təsdiqlənir.

Məlumatların virus və spamdan qorunması, kibercinayətkarlara qarşı müdafiə, daxili fırıldağçılığın önlənməsi, DDoS hücumların, habelə gizli məlumatları oğurlamaq cəhdlərinin dəf edilməsi – bütün bunlar “informasiya təhlükəsizliyinin təmin edilməsi” məfhumunu əks etdirən vəzifələrin sadəcə bir qismidir. Cisco, HPE, Juniper Networks və CheckPoint məhsullarından istifadə edilərək təqdim olunan EURODESIGN xidmətləri, korporativ informasiya təhlükəsizliyini hədələyən hər hansı hərəkətlərə qarşı effektiv müdafiənin qurulması ilə bağlı həll və üsulların tam spektrini nəzərdə tutur. Bunlara mövcud müdafiə sistemlərinin auditi,onların inkişafına dair konsaltinq, informasiya təhlükəsizliyinin idarəolunması üçün kompleks həllərin hazırlanması və nizamlayıcı orqanların tələblərinə uyğunluğun təmin olunması daxildir. İnformasiya təhlükəsizliyini təmin etmək üçün təklif etdiyimiz tədbirlər kompleksi korporativ informasiya resurslarının icazəsiz girişə və məlumatların oğurlanmasına qarşı qorunmasını, şəbəkə infrastrukturunda başverənlərə mütamadi nəzarət edilməsini, avadanlığın işində meydana gələn xətaların aşkarlanmasını, həmin xətaların səbəblərinin araşdırılmasını nəzərdə tutur. Sistemlər proaktiv müdafiə prinsipi əsasında işləyərək mümkün konflikt və təhlükələri meydana gəlmədən aradan qaldırır, bununla da, korporativ şəbəkələr, xidmət və servislər, habelə tətbiqlərin aralıqsız əlçatanlığını təmin edir, kommunikasiyaların, əməliyyatların sürətini, eləcə də əməkdaşların hərəkətetmə qabiliyyətini artırır və müasir kibertəhlükələrin əksəriyyətinə qarşı effektiv müdafiə təmin edir. EURODESIGN şirkətinin yüksək ixtisaslı mühəndislərdən ibarət informasiya təhlükəsizliyi komandası 24x7 rejimində dəstək verməyə hazırdır.
Şirkətimiz lokal və ya geniş əraziyə yayılmış məlumatötürmə şəbəkələrin qurulması üzrə təhlükəsiz, etibarlı həllərin yaradılması və dəstəklənməsi, telefoniya həllərinin tətbiq olunması, müxtəlif şəbəkə servislərinin, o cümlədən, səsli, videoötürmə və s. servislər üzrə keyfiyyətli xidmət təqdim edir. Biznesinizin tələbatlarına uyğun olaraq seçdiyiniz xidmətlərimizdən faydalanaraq, nəinki telekommunikasiya texnologiyalarının müsbət təsirini artırmaq, eləcə də IT sahəsinə xərclədiyiniz vəsaitləri optimallaşdırmaq mümkündür. Biz həcmi daim artan məzmunla bulud mühitində işləmək üçün tələb olunan çoxsaylı qurğuları, onların yüksək ötürmə qabiliyyətlini təmin edən həm simli, həm simsiz konvergent mühitlərin yaradılması üçün müştərilərimizin korporativ şəbəkələrini müvafiq avadanlıqla yenidən təchiz etməyə kömək edirik.

Bizi İzləyin