Təklif etdiyimiz

Həllər və xidmətlər

‹‹ Xidmətlərə qayıt

Müştərək iş üçün xidmətlər

Müştərək iş üçün təklif olunan xidmətlər şirkət əməkdaşlarına mövcud olduqları məkandan asılı olmadan, istənilən texniki qurğu, o cümlədən, mobil qurğu vasitəsilə İnternetə qoşularaq öz aralarında effektiv, rahat və sürətli iş aparmaq imkanı təmin edir. Bu xidmətlər müştərək iş aparmaq üçün genişləndirilmiş imkanlar yaradır, xüsusilə şaxələnmiş filial şəbəkəsinə malik olan şirkətlər üçün səmərəli kommunikasiyalar qurmağa, məsafədən iş aparmağa, habelə videokonfrans, audiokonfrans rabitəsi, eləcə də istənilən növdə səsli kommunikasiyalardan istifadə etməklə vəsaitlərə qənaət etməyə kömək edir. Beləliklə, çat, videoseans, ya da sənədlərlə müştərək iş sayəsində müştərinin sorğusunu qısa vaxtda cavablandırmaq imkanı yaranır. Hər şey onlayn rejimində qarşılıqlı interaktiv əlaqə çərçivəsində həll olunur.

Müasir videokonfrans rabitə sistemlərinin geniş tətbiqolunma diapazonu, funksionallıq və qiymət diapazonu var. Faktiki olaraq videokonfrans rabitəsi həm bahalı teleiştirak sistemləri, həm orta qiymətli qrup sistemləri, həm də nisbətən daha sərfəli proqram həlləri vasitəsilə həyata keçirmək mümkündür. İstəyinizdən, qarşınıza qoyduğunuz vəzifələrdən, büdcə imkanlarınızdan asılı olaraq biz bütün mümkün yolları nəzərdən keçiririk. Videokonfrans rabitəsi texnologiyaları həmçinin məsafədən təlim-təhsil proseslərini, hadisə yerindən birbaşa translyasiyaları, eləcə də situasional və xəbər-analitik mərkəzlərin işini təmin etmək üçün istifadə olunur. EURODESIGN videokonfrans rabitəsi həllərini dünyanın aparıcı vendorlarının səs, canlı videogörüntü daxil olmaqla istənilən növ məlumatların, o cümlədən, təqdimatların, animasiyaların, çarxların və sənəd səhifələrinin ən yüksək ötürülmə keyfiyyətini təmin edən məhsulları əsasında tətbiq edir. Videokonfranların yüksək səviyyədə təmin olunması üçün EURODESIGN istifadə olunan avadanlıqların keyfiyyətinə, otaqların müvafiq şəkildə tərtib və təchiz olunmasına, videokonfrans studiyalarının keyfiyyətli səsləndirməsinə, işıqlandırılmasına, eləcə də müşavirələrin reqlament tərtibatına böyük əhəmiyyət verir.

Audiokonfrans rabitəsi müştərək işin əvəzedilməz aləti olaraq qalmaqdadır. Eyni zamanda, rəqəmsal kovergensiya və IP texnologiyalar onun imkanlarını xeyli genişləndirir. Şirkətlər audiokonfrans rabitəsini az vaxt və güc sərf edərək böyük həcmli işlər görmək üçün istifadə edir. EURODESIGN konfrans salonu sistemlərinin avadanlıqla təchiz olunmasında kompleks yanaşmasını təklif edir. Biz danışıq otaqları üçün nəzərdə tutulmuş sadə terminal sistemlərindən ciddi peşəkar həllərə qədər müxtəlif avadanlıqlar təklif edirik. Belə təkliflərdən biri Cisco WebEx ilə Dimension Data qlobal bulud provayderinın birgə həllinə əsaslanır və audio, video web konfransların keçirilməsi üçün nəzərdə tutulur. Bu, şirkətlərin nəinki kommunikasiyalara və müştərək aparılan işlərə cari tələbatını, eləcə də əməkdaşların ezam olunmalarına xərclənən vəsaitlərin böyük ölçüdə azalmasını təmin edən əla bir təklifdir.

Biznes üçün yaratdığı faydalı məqamlar:

  • Yüksək keyfiyyətli və etibarlı web konfranslar vasitəsilə peşəkar strateji kommunikasiyaların qurulması;
  • Sənədlər real vaxt rejimində nəzərdən keçirilərkən, müzakirə olunarkən və email edilərkən əmək səmərəliliyinin artması;
  • Yüksək aydınlıq xüsusiyyətli, inteqrasiya olunmuş video ilə üstün keyfiyyətli rabitənin yaradılması;
  • Saytın tam hazır vəziyyətə gətirilməsini, bütün lazımi xidmətləri və texniki dəstəyi nəzərdə tutan, bir məkanda cəmləşdirilmiş, həllin təmin olunması;
  • Uyğun qiymətlərlə sahibolmanı, əlavə xərc çəkmədən texniki xidməti, pulsuz yeniləmələri təmin edən SaaS həlləri.
Bir çox müəssisələrin, təşkilatların öz kommunikasiya tələbatlarını effektiv şəkildə təhlil etmək üçün daxili resursları yetərsizdir. Müasir rəqabət mühitində şirkətlər maksimal məhsuldarlıqla işləmək məcburiyyətindədirlər. Bunu təmin etmə yollarından biri də iş səmərəliliyini artırmaq, onların vaxtlarına qənaət etmək, şirkət xərclərini azaltmaq və biznes mənfəətini artırmaq məqsədilə əməkdaşları ən yaxşı rabitə vasitələri ilə təchiz etməkdir. Biz müştərilərimizə ən qabaqcıl həllərin inteqrasiya edilməsində, onların yeni texnologiyalara daim artan tələbatlarını qarşılamaqda necə faydalı ola biləcəyimizi çox yaxşı bilirik. EURODESIGN telekommunikasiya sistemləri sahəsində geniş spekrtli xidmətlər təklif edir. Bizim mütəxəssislərimiz öz bilik və təcrübələri ilə sizə ənənəvi ATS və ya VoIP rabitə sistemlərini optimallaşdırmaqda kömək edəcəklər.

Bizi İzləyin