Son

Xəbərlər

‹‹ Xəbərlərə qayıt 04 may 2018

“Eurodesign” Bakı-2018 - Beynəlxalq Limanlar Konfransının Rəsmi Sponsorudur

IAPH BAKU 2018 | MAY 8 - 11

About us

Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) may ayında Bakıda illik konfransını keçirəcək. 2018-ci ildə Bakıda keçiriləcək konfransa dünyanın 88 limanından. 500 nümayəndənin qatılacağı gözlənilir.
IAPH Bakı 2018- Beynəlxalq Limanlar Konfransı “Gələcəyin limanları: Qovşaqların yaradılması, Rabitənin  Sürətləndirilməsi" mövzusunda olacaq. Dörd gün davam edəcək konfransda regionda və dünyada mövcud nəqliyyat dəhlizləri, azad ticarət zonalarının yerli iqtisadiyyata və qonşu ölkələrin iqtisadiyyatına töhfələri, “SmartPort”, “GreenPort” və dəniz turizmi anlayışları kimi əhəmiyyətli və maraqlı mövzular müzakirə ediləcək. Konfransın gündəliyinə  Ələtdə yerləşən yeni Bakı Limanına texniki səyahət də daxildir. İştirakçıların Azərbaycanın böyük qovşaq xəttinin əsas hissəsi olan Ələt Azad Ticarət Zonasını görmək imkanı olacaq. 

“Eurodesign” Bakı-2018 - Beynəlxalq Limanlar Konfransının Rəsmi Sponsorudur


Konfransın proqramına sərgi də daxildir ki, burada “Eurodesign” şirkəti də böyük bir stendlə yer alaraq Bakı Limanı Layihəsi üçün təqdim etdiyi ən son və ən innovativ həlləri nümayiş etdirəcək.

Bizi İzləyin