Son

Xəbərlər

‹‹ Xəbərlərə qayıt 25 aprel 2017

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının İT infrastrukturu necə qurulub?

Multi-idman tədbirlərinin kompüter sistemləri ilə dəstəklənməyən tək bir aspekti belə yoxdur.

About us

Bu il Azərbaycanın paytaxtı beynəlxalq nüfuzlu multi-idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Birlik-bərabərlik, sülh, hörmət və mükəmməlliyi təmsil edən bu möhtəşəm tədbir 50-dən çox ölkənin aparıcı atletlərini və oyunları heyranlıqla seyr edən milyonlarla tamaşaçını bir araya gətirəcək. On gündən artıq davam edəcək bu tədbir ərzində paytaxt Bakı möhtəşəm yarışlarda qələbə qazanmağa can atan minlərlə atleti qonaq edəcək.


Multi-idman tədbirlərinin kompüter sistemləri ilə dəstəklənməyən tək bir aspekti belə yoxdur. İnformasiya Texnologiyaları Təşkilat Komitəsinin idman yarışlarını planlaşdırmasına, təşkilinə və idarə etməsinə imkan yaradır. Tədbirin planlaşdırılmasından yarış meydançalarında mürəkkəb infrastrukturun işlək vəziyyətdə saxlanılmasına kimi, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AISGOC) bir sıra dəstək xidmətlərinin ən səmərəli şəkildə çatıdırılmasında texnologiya sistemlərinə və proqramlarına etibar edir. AISGOC üçün qurulan İT infrastrukturu yüzlərlə şəbəkə kommutatorlarından, minlərlə kompüterdən və müasir məlumat mərkəzində yerləşdirilən oyunlar üçün kritik əhəmiyyətli proqram təminatları və müəssisə tətbiqlərindən təşkil olunmuşdur. Oyunların uğurla keçməsi üçün bu mürəkkəb infrastrukturun hər bir komponentinin qüsursuz işləməsi şərtdir.


Eurodesign şirkəti AISGOC-un texnoloji tərəfdaşı olmaqdan və IV İslam Həmrəyliyi Oyunları üçün texnoloji həll və xidmətlər təmin etməkdən qürur duyur. Eurodesign şirkəti AISGOC tərəfindən IV İslam Həmrəyliyi Oyunları üçün şəbəkə infrastrukturunun qurulması, tətbiqi proqram təminatlarının hazırlanması, çoxsaylı layihələrin idarə olunması və logistika xidmətlərinin dəstəklənməsi üçün tərəfdaş olaraq seçilmişdir. Çox qısa zaman içərisində Eurodesign təşkilatçı komitə üçün şəbəkə infrastrukturunu və səs sistemlərini qurmuş və zəruri proqram təminatı həlləri hazırlamışdır. 




“Eurodesign şirkətinin 1-ci Avropa Oyunlarından əldə etdiyi böyük təcrübə IV İslam Həmrəyliyi Oyunları üçün etibarlı və son dərəcə dayanıqlı İT infrastrukturunun qurulmasına kömək edir. Eurodesign tərəfindən hazırlanmış texnoloji arxitektura həm texniki, həm də biznes tələblərini qarşılayır. Bu cür böyük miqyaslı multi-idman tədbirlərində hər hansı gecikməyə yol verilə bilməz; məhz bu səbəbdən, hər bir İT sistemi vaxtında qurulmalıdır. Oyunların başlamasına 20 gündən az qaldığı müddətdə, biz, Eurodesign olaraq görülən işlərin keyfiyyətindən əminik və oyunlar zamanı İT sistemlərinin fasiləsiz işini təmin etmək üçün etibarlı xidmətlər göstərməyə hazırıq” – deyə Eurodesign şirkətinin texnologiyalar üzrə direktoru Sabir Haqverdiyev bildirdi.


IV İslam Həmrəyliyi Oyunlarında Eurodesign-ın rolu təşkilat komitəsinin dünya səviyyəli multi-idman tədbirini idarə etməsini asanlaşdırmaq üçün tələb olunan bütün alət və proqramları təmin etmək, komitəni bütün rəqəmsal imkanlarla təchiz etməkdir. Texnololoji tərəfdaş kimi, biz Yarış Cədvəlini idarə etmək məqsədi ilə «Competition Schedule» və bütün yarış yerlərinə materialların çatdırılmasına nəzarət etmək üçün xüsusi «Materials Delivery» biznes əlavəni yaratmışıq. Multi-idman yarışlarında könüllülərin rolunu qiymətləndirməmək mümkün deyil. Könüllülər AISGOC-da çalışan geniş peşəkar və entuziastlar ailəsinin hörmətəlayiq üzvləridir. Eurodesign «Volunteer Training Portal»ı yaratmaqla könüllü icmasının təşkilatçı komitəyə inteqrasiyasına böyük töhfə vermişdir. Oyunlara hazırlıq prosesində çalışan təxminən iki min daimi heyət üzvü ilə AISGOC işə qəbul prosesinin olduqca olduqca effektiv keçirilməsini tələb edən müəssisəyə çevrilmişdir. Eurodesign tərəfindən işlənib-hazırlanmış «Interview Management System» kadr seçimi komandasına öz sahəsində ən yaxşı peşəkarlarla vaxt baxımından səmərəli şəkildə müsahibə aparmağa imkan vermişdir. Eurodesign tərəfindən hazırlanan «Pharmacy Distribution» proqramı müxtəlif şəxslərin fərdi ehtiyaclarının müəyyən edilməsində, eləcə də dopinq nəzarətinin effektiv həllinin təmin edilməsində mühüm rol oynayır. Eurodesign-ın qurduğu «Document Management System» AISGOC heyətinin öz gündəlik işini təhlükəsiz və rahat şəkildə icra etməsinə şərait yaratmaqla təşkilat daxilində səmərəli komanda işini təmin edir. Eurodesign tərəfindən təmin olunan anbar xidmətləri və xüsusi Logistika mütəxəssisləri komandası layihə boyunca səmərəli distribyusiya xidmətlərinin göstərilməsinə, AISGOC obyektlərindən və bu obyektlərə beynəlxalq, regional və lokal çatdırılmaların idarə edilməsinə kömək etmişdir.


Eurodesign möhtəşəm “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün AISGOC-un texnologiya üzrə tərəfdaşı olmaqdan şərəf duyur!




Bizi İzləyin