Son

Xəbərlər

‹‹ Xəbərlərə qayıt 29 aprel 2016

Eurodesign Bravo supermarketi üçün innovativ sistemlər tətbiq edir

IT pərakəndə satış müəssisəsində əsas proseslərə birbaşa təsir edir.

About us

Azərbaycan Supermarket Şirkətinin ticarət supermarket şəbəkəsi (Bravo brendi) Azərbaycanda ən perspektivli və inkişaf etməkdə olan şəbəkələrdən biridir. Hazırda yeni açılmış Gənclik Ticarət Mərkəzində bu supermarketin pərakəndə satış və müştəri yanaşması prinsipləri ilə tanış olmaq olar. Yaxın gələcəkdə belə bir supermarket Amburan Sahilində açılacaq.
Hazırda bir çox şirkətlər başa düşür ki, informasiya texnologiyaları pərakəndə satış müəssisəsində əsas proseslərə birbaşa təsir edir. Bu texnologiyalar yalnız məlumatın toplanması və təhlili yaxud fiziki əməyin həcminin azaldılması üçün bir vasitə deyil. İlk növbədə, informasiya texnologiyaları rəhbərlər və şirkət sahiblərini biznesin vəziyyəti ilə bağlı məlumatlandırma vasitəsidir. Eyni zamanda, bu texnologiyalar həm praktik, həm də strateji qərarvermədə daha düzgün və yaxşı əsaslandırılmış qərarların qəbul olunmasına imkan verir. Bu baxımdan, Azərbaycan Supermarket Şirkəti yeni açılan şəbəkədə İT infrastrukturunu qurmaq və mürəkkəb təhlükəsizlik sistemini tətbiq etmək vəzifəsi ilə üzləşmişdi. Bu layihənin yerinə yetirilməsi üçün Eurodesign Şirkəti seçildi.

Eurodesign Şirkəti mərkəzləşdirilmiş informasiya sistemini qurdu, telekommunikasiya və xidmət ləvazimatını, eləcə də xüsusi təyinatlı proqramlaşmanı yerləşdirdi. Layihənin icrası nəticəsində Bravo supermarket şəbəkəsi işçiləri bütün lazımi xidmətlərlə təmin edən vahid informasiya sistemi əldə etdi. Satış salonlarına, heyət qurğularına və anbara bitişik ərazilərə nəzarət video serverlərə xüsusi hazırlanmış şəbəkə və kabel infrastrukturu ilə birləşdirilmiş intellektual video nəzarət sistemi vasitəsilə həyata keçirilir. IP video nəzarət həm yerli, həm də məsafədən sistem operatorları üçün canlı video yayımı, videonun qeydə alınması və video arxivlərə yenidən baxılmasını təmin edir. Təhlükəsizlik sisteminin fasiləsiz və qəzasız fəaliyyət göstərməsi üçün mərkəzləşdirilmiş enerji təchizatı sistemi təqdim olunmuşdur. Elektron IP həllinin tətbiqi çevik və asanlıqla ölçülən sistem qurmağa imkan vermişdir. Bu sistem daha sonra lazım gəldikdə Bravo supermarket şəbəkəsinin vahid təhlükəsizlik sistemində inteqrasiya edilə bilər. Eurodesign Şirkəti Bravo supermarket zəncirinin açılması üçün məlumat və səs şəbəkəsi infrastrukturunu hazırlamış və yerləşdirmişdir. Şirkətimiz təkcə minimum xərc və ən qısa müddət ərzində layihənin icrasına imkan verən həlli təklif etməklə deyil, həmçinin çoxsaylı uğurlu təqdimatlar portfelinə və əvəzsiz təcrübəyə malik Eurodesign komandası vasitəsilə Bravonun etibarını qazandı. Beləliklə, Gənclik Ticarət Mərkəzində yeni şəbəkəyə məxsus supermarketin açılması üçün zəruri olan şəbəkənin yaradılması, təhlükəsizlik sistemlərinin və video nəzarətin uyğunlaşdırılması, eləcə də digər İT xidmətlərinin göstərilməsi kimi tapşırıqlar vaxtında və yüksək keyfiyyətlə yerinə yetirildi. 

 

Bizi İzləyin