Biz kimik

Haqqımızda

Haqqımızda

Haqqımızda

Əsas faktlar

Eurodesign 20 ildən artıq bir müddətdir ki, IT xidmətlərin göstərilməsi, sistem inteqrasiyası, İT konsaltinq və layihənin idarə edilməsi sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət yarandığı gündən etibarən İT xidmətləri, sistem inteqrasiyası, İT konsultasiya və layihələrin idarə edilməsi üzrə ixtisaslaşıb və öz müştərilərinə istər Azərbaycan, istərsə də Gürcüstanda telekommunikasiya sahəsində ən yüksək səviyyəli xidmət və müasir həll üsullarını təklif edir. 

2015-ci ildə istehlakçıların loyallığını və brendin tanınmasını artırmaq məqsədilə şirkət rebrendinq həyata keçirib. Hazırda şirkətin şüarı belə səslənir: «EURODESIGN: Your technology designer» (EURODESIGN: Sizin texnologiya dizayneriniz).

Şirkətin ştatına peşakarlıq səviyyəsi müvafiq sertifikatlarla təsdiq olunmuş 200-dən artıq təcrübəli mütəxəssis daxildir. Bunların arasında Azərbaycan üçün unikal sayılan sertifikatlar da mövcuddur.

EURODESIGN şirkəti Baku 2015 Birinci Avropa Olimpiya Oyunlarının, habelə bir sıra başqa irimiqyaslı layihə infrastrukturlarının hazırlanmasında həqiqətən nəhəng təcrübə əldə etmişdir.

İnkişaf strategiyası

Şirkətimiz son illər ərzində öz fəaliyyət sahəsində lider mövqeini inamla qoruyub saxlamaqdadır. Şirkətin biznes inkişafının başlıca istiqaməti müştərilərə keyfiyyətli IТ xidmətlərinin təqdim etməkdir. Başlanqıcda infrastruktur layihələrinin icraçısı kimi fəaliyyət göstərən EURODESIGN hazırda tam spektrli IT xidmətləri göstərən universal sistem inteqratoruna çevrilir. Biz Cisco, Microsoft, Oracle, IBM, Siemens AG, HPE, Huawei, AVAYA və bunun kimi proqram və aparat təminatı istehsal edən dünyanın bir çox aparıcı şirkəti ilə əməkdaşlıq edirik. Məsələlərin həllinə multibrend yanaşması ilə EURODESIGN hər sifarişçinin fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq biznesin bütün sahələrində informasiyalaşdırma həllərini təqdim etmək imkanına sahibdir.

Şirkətimiz neft və qaz çıxartma müəssisələri, habelə maliyyə təşkilatları ilə fəal əməkdaşlıq edir. EURODESIGN-ın müştəri siyahısına telekommunikasiya operatorları, sığorta şirkətləri, dövlət və səhiyyə qurumları daxildir. Eyni zamanda, şirkət IT xidmətləri infrastrukturu da inkişaf etdirir. Bulud texnologiyalarının, virtuallaşdırma xidmətlərinin, xüsusilə böyük tələbatı olan IaaS və SaaS xidmətlərinin sürətlə inkişaf etməsini diqqətə alan EURODESIGN komandası sifarişçilərə bu sahələrdə də müvafiq xidmətlər göstərir. EURODESIGN mütəxəssisləri IT autsorsinq, idarəetmə konsaltinqi, rabitə və energetika sistemləri kimi müxtəlif biznes istiqamətlərini uğurla inkişaf etdirir. Bizim yaxın gələcək üçün strateji hədəfimiz təkçə Azərbaycanda deyil, bütün regionda qabaqcıl innovativ və inteqrasiya edilmiş həllərin təqdim olunması sahəsində lider olmaqdır.

Şirkətin fəlsəfəsi

Şirkət bütün bazar iştirakçıları ilə etibarlı, şəffaf əlaqələr qurur və EURODESIGN brendini etibarlı biznes tərəfdaşı kimi formalaşdırmaq üçün səy göstərir. Biz informasiya-telekommunikasiya sahəsində qazandığımız qüsursuz nüfuzumuza, sifarişçilərin bizə etibar etmələrinə, peşəkar cəmiyyət üzvlərinin bizə qarşı olan hörmətinə olduqca böyük önəm və dəyər veririk.

Biz göstərdiyimiz xidmətlərin keyfiyyətinə böyük diqqət yetiririk. EURODESIGN şirkətinin keyfiyyət menecmenti sistemi ISO 9001 standartına, əməyin mühafizəsi və təhlükəsizliyin idarəolunması sistemi isə Intertek şirkətinin OHSAS 18001 standartına uyğun olaraq sertifikatlaşdırılmışdır.

Şirkətin qarşıya qoyduğu irimiqyaslı planları yalnız yüksək dərəcəli mütəxəssislərin iştirakı ilə həyata keçirmək mümkündür. Şirkət əlbirlik mühitində çalışan EURODESIGN komandasının həm IT peşəkarlarına, həm də gənc mütəxəssislərinə layiqli maaş, həvəs yaradan iş şəraiti, mükəmməl istirahət, peşəkar inkişaf və karyera irəliləməsi üçün bütün lazımi şərtləri təmin edir.

Tərəfdaşlar: status və təltiflər

  • Cisco. Status: Premier Partner,
  • Təltif: 2015-ci ildə EMEAR Emerging regionu üzrə “İnnnovativ həllər sahəsində ilin ən yaxşı tərəfdaşı” (“Cisco Solution Innovation Partner of the Year”),
  • Microsoft Silver. Status: Cloud Platform Partner,
  • Hewlett Packard Enterprise. Status: Business Partner,
  • Oracle. Status: Gold Partner,
  • Huawei. Status: Authorized Partner,
  • Veeam. Status: Silver Pro Partner,
  • AVAYA. Status: Registered Partner,
  • Siemens. Status: Telecom Premier Partner,
  • və bir çox başqaları.